1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Turizm startaplarına kömək üçün Yevgeni Kasperskidən yeni akselerator
07.05.2020

Yevgeni Kasperski (Kaspersky-nin baş direktoru) Kaspersky Exploring Russia adlı turistik akseleratoru təqdim edib. Layihə, Rusiya turizm sənayesini dəstəkləmək və gənc layihələrin pandemiyı müddətindən öz iş imkanlarını genişləndirmək üçün istifadə etmələrinə kömək etmək məqsədilə hazırlanıb.

Yevgeni Kasperski kiber təhlükəsizlik üzrə mütəxəssis və təhlükəsizlik həllərinin hazırlanması sahəsində uğurlu bir sahibkar kimi tanınır. Ancaq Yevgeninin ciddi bir məşğuliyyəti var. O, cəsarətli bir səyahətçidir, aktiv turizm və vəhşi təbiət həvəskarıdır. Yevgeni dünyanı çox gəzir, ancaq xüsusi həvəslə Rusiyanı araşdırır, ölkənin hətta ən gizli bölgələrini ziyarət etməyə çalışır.

Dünyanı cənginə alan COVID-19 pandemiyası turizm biznesinə də ağır zərbə vurdu. Bu, mövcud şirkətləri nəinki ziyana saldı, həm də bazara yenicə girməyi planlaşdıran gələcək layihələr üçün maneələr yaratdı. Gənc layihələr yalnız böyük oyunçuların mümkün dəstək mənbələrini deyil, eyni zamanda layihələrinin başlama mərhələsini elan etmək imkanlarını da itirdilər. Rusiyada startaplara və daxili turizmə dəstək olmaq üçün, Yevgeni Kasperski onlayn akselerator Kaspersky Explorer Russia-nı işə salıb.

Layihənin məqsədi turizm sahəsindəki ən parlaq və perspektivli fikirləri toplamaq, gələcək inkişaflarında onların yaradıcılarına dəstək olmaq və böhrandan çıxmaq üçün zəmin hazırlamaqdır. Bir vaxtlar məhz bu cür layihələr və həvəskarlar Yevgeniyə Rusiyanı səyahət etmək eşqinə düşməyə kömək ediblər. İndi isə maraqlı və perspektivli turizm layihələrinin reallığa çevrilməsinə kömək etməyin vaxtı çatıb.

"Koronavirus pandemiyası yalnız faciəvi beynəlxalq sınaq, maliyyə böhranı deyil, həm də birlik, qarşılıqlı yardım və dəstək dövrü oldu. Kiber məkanda təhlükəsizliyi təmin etdiyimiz əsas fəaliyyət sahəmizə əlavə olaraq, startaplara və gənc maraqlı layihələrə öz fikirlərini reallaşdırmaqda və bu dövrdən maksimum fayda əldə etməkdə kömək etmək qərarına gəldik. Şəxsən mən və komandamız media və marketinq dəstəyi, habelə akselerator proqramı çərçivəsində cəlb ediləcək investisiyalar vasitəsilə bu cür layihələrin reallaşması üçün fürsət yaratmaq istəyirik. İştirakçılar böyük şirkətlərin, iş adamlarının və fondların diqqətini cəlb etmək şansı qazanacaqlar. Əlbəttə ki, pandemiya turizm sənayesini dəyişdirəcək, ancaq səyahət etmək və dünyanı kəşf etmək ehtiyacı öz yerində qalacaq. Bu vəziyyətdə isə böhran dövründən bəhrələnmək üçün istifadə edənlər və bazara yeni yanaşmalar və layihələr təklif edə bilənlər qazanacaq," Yevgeni Kasperski bildirib.

Kaspersky Exploring Russia akseleratoruna düşmək üçün iştirakçıların hazır bir biznes layihəsinin olmasına ehtiyac yoxdur. Yaradıcıların zehnindəki bir fikir də kifayətdir. Layihələrin coğrafi "qeydiyyatı" üçün də heç bir məhdudiyyət yoxdur. İştirakçı istənilən ölkənin vətəndaşı və ya sakini ola bilər. Layihələr də Rusiya turizminə bağlı olmaya bilər, lakin gələcəkdə Rusiyanın turizm potensialını açmaq üçün tətbiq olunmalıdır.

İştirak üçün müraciətlər dörd istiqmət üzrə paylanacaq:

Travel Tech sahəsində texnoloji layihələr (startaplar)

sərgüzəştli və ekstremal turizmi daha əlçatan edən, həmçinin onu Rusiyada populyarlaşdıran və infrastrukturunu yaradan layihələr (Infrastructure Track)

səyahət və turizm sahəsində sosial əhəmiyyət daşıyan biznes layihələri (Social Tech)

davamlı inkişafa müsbət təsir göstərən biznes layihələri (Sustainability)

Bundan sonra münsiflər heyəti - Yevgeni Kasperskinin simasında, Kaspersky-nin nümayəndələri və turizm biznesinin aparıcı mütəxəssisləri ən təəccüblü və maraqlı layihələri seçəcəklər.

Finalçılar bir sıra onlayn seminar və mühazirələr vasitəsilə biliklərini artıra biləcəklər. Bu tədbirlər zamanı sənayenin aparıcı nümayəndələri öz təcrübələrini bölüşəcək və uğurlu bir iş qurmağın yollarını izah edəcəklər: maliyyə planı hazırlamaqdan tutmuş marketinq strategiyasına qədər. Bütöv akselerasiya proqramı boyunca finalçılar yalnız əsas mükafatlar uğrunda mübarizə aparmayacaq, həm də potensial investorlardan layihələrinin inkişafı üçün investisiya cəlb edə biləcəklər - onlara dərs keçən master-klas müəllifləri maraq göstərdikləri bir layihə ilə işləməyə davam edə biləcəklər. Bundan əlavə, akselerator, gənc sahibkarların gələcək inkişafı üçün faydalı təmasları əldə edə biləcəyi ünsiyyət platformasına çevriləcəkdir.

Birincilik qazanan layihə, öz işinə uyğun onlayn təhsil üçün qrant alacaq. Gümüş mükafatçı, layihəsi üçün PR və marketinq dəstəyi alacaq. Bürünc medal qazanan şəxs, iş problemlərini həll etməyə yönəlmiş xüsusi proqram təminatına abunə olacaq.

Proqram boyunca ən parlaq fikirlər Yevgeni Kasperskinin şəxsi kanallarında, eləcə də turizm məkanının fikir liderlərinin kanalları və tematik kütləvi informasiya vasitələrində elan ediləcəkdir.

Proqramın nəticələri əsasında qalibləri Yevgeni Kasperski özü adlandıracaq və təltif edəcək. 

Yevgeni Kasperski ümid edir ki, bu təşəbbüs istedadlı sahibkarlara yeni bilik və bacarıqlar əldə etməyə və turizm biznesini inkişaf etdirmək üçün hazırlanmış ideyaları həyata keçirmək üçün investisiya tapmağa kömək edəcəkdir. Sənaye ilə birlikdə isə, o, Rusiyanı yerli turistlərə və xarici səyahətçilərə yeni bir bucaqdan göstərəcəyinə ümid edir.

Kaspersky haqqında

Kaspersky 1997-ci ildən bəri informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və uzun illərə söykənən təcrübəsi həyati vacib infrastruktur, dövlət qurumları və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərə əsaslanır. Kaspersky-nin hərtərəfli portfelində əlaqə zəncirinin son cihazlarını qorumaq üçün qabaqcıl məhsullar, həmçinin, mürəkkəb və daim inkişaf edən kiber təhdidlərlə mübarizə aparmaq üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər mövcuddur. Kaspersky texnologiyaları dünyada 400 milyondan çox istifadəçi və 250 min korporativ müştərini qoruyur. Daha çox məlumatı www.kaspersky.com saytından əldə edə bilərsiniz.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment