1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“A-Qroup”-un topladığı sığorta haqlarında 74% artım müşahidə olunur
28.04.2020

Gücləndirilmiş karantin tədbirlərinə və işçilərin iştirakının minimuma endirilməsinə baxmayaraq, “A-Qroup” sığorta polisini tərtib etmək, sığorta hadisələrini həll etmək və ödənişləri həyata keçirməklə müştərilərinə dəstək olmağa davam edir.

A-Qroup Sığorta Şirkəti, 2020-ci ilin I rübü üçün fəaliyyəti üzrə maliyyə nəticələrini açıqladı. Maliyyə hesabatlarına əsasən, bu ilin ilk üç ayında şirkətin topladığı sığorta haqlarının ümumi həcmi 3 020 141,49 AZN təşkil edib ki, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 283 184,15 AZN və ya 74% çoxdur. 

Ənənəvi olaraq şirkətin ümumi gəlirlərinin böyük hissəsi könüllü tibbi sığortanın payına düşmüş və 2 560 116,83 manat təşkil etmişdir. 

A-Qroup tərəfindən 2020-ci ilin I rübü üzrə həyata keçirilən ödənişlərin ümumi məbləği 2 222 486,70 manata çatmış və ən çox ödəniş edilən sığorta növü könüllü tibbi sığorta olmuşdur. Orta hesabla, 2020-ci ilin ilk 3 ayında şirkət hər gün sığortalıya 23000 manatdan çox pul ödəmişdir.

Pandemiya səbəbiylə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, şirkətin hesabat dövrünün nəticələri sabit müsbət dinamikasını nümayiş etdirir. Bu göstəricilər A-Qroup sığorta şirkətinin öz öhdəliklərini yerinə yetirdiyini bir daha sübut edir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment