1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” sürətlə böyüməyə davam edir
24.04.2020

Sığorta bazarında müştərilərə daim yeniliklər təqdim edən “Qala Sığorta” bu dəfə cari ilin I rübünün yekunları üzrə uğurlu maliyyə göstəricilərini açıqlayıb. 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ötən ilin yanvar-mart aylarında şirkətin satış komandası tərəfindən      5 626 014 manat həcmində sığorta haqqı toplanmışdırsa, 2020-ci ilin I rübünün yekununda bu rəqəm 5 108 723 manat və ya təxminən 2 dəfə artaraq 10 734 737 manata çatmışdır.

Sığorta haqları şirkətin ənənəvi sığorta məhsulları ilə yanaşı qeyri-ənənəvi məhsullarının uğurlu inkişafı nəticəsində əldə olunmuşur. Belə ki, şirkət kənd təsərrüfatı risklərinin sığortası proqramı çərcivəsində kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının bütün risklərdən sığortası, həmçinin sığorta bazarında digər şirkətlərin ehtiyatla yanaşdığı bank risklərinin sığortası kimi sığorta növlərini istehlakçılara  peşəkarlıqla təqdim edir.

Yığımlardakı artımla yanaşı, şirkətin məcmu sığorta ödənişlərində də artım müşahidə olunub. Hesabatdakı rəqəmlərə nəzər yetirdikdə məlum olur ki, “Qala Sığorta” tərəfindən cari ilin I rübündə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 820 102 manat sığorta ödənişi verilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə  292 572 manat və ya 55,4% çox olub.

Bildirilir ki, sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.    

“Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment