1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Mixail Priboçiy “Kaspersky” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub
09.04.2020

“Kaspersky” şirkəti bildirir ki, 2020-ci ilin aprel ayından etibarən şirkətin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru vəzifəsinə Mixail Priboçiy təyin olunub. O, bu vəzifədə 12 il şirkətinin Rusiya bürosuna rəhbərlik edən Sergey Zemkovu əvəz edəcək.

Mixailin prioritet vəzifələri «Kaspersky» şirkətinin xidmət sahəsində, B2B və xSP seqmentlərində mövqelərini möhkəmləndirmək, eləcə də,  xarici ölkələrdə şirkətin bazar payını artırmaqdan ibarət olacaq. 

“Rusiya və qlobal səviyyədə informasiya təhlükəsizliyi həllərinin aparıcı istehsalçısı olan “Kaspersky” komandasının bir hissəsi olmaqdan qürur duyuram. Əsas missiyası təhlükəsiz dünya qurmaq olan şirkətimizin mümkün qədər uğur qazanması üçün gücümü və biliklərimi əsirgəməyəcəyəm", - bunu Mixail Priboçiy deyib.

Son on il ərzində Mixail  qlobal İT servis distribyutoru olan “Axoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında “Axoft”, Rusiya bazarında kibertəhlükəsizliyə dair proqram təminatı və həllərinin satışı üzrə lider oldu,  layihələrin paylanması sahəsində lider mövqe tutdu və iki il ardıcıl olaraq “Kaspersky” şirkətinin korporativ məhsulların inkişafı və satışı baxımından ən yaxşı tərəfdaşı oldu.

"Komandamıza yeni güclü oyunçunu salamlamaqdan məmnunam. Mixail bazarda çoxdan tanınıb, əsl peşəkardır. Əminəm ki, onun zəngin idarəetmə təcrübəsi, həmçinin şirkətin daxili proseslərinə yeni baxışı və bazarla ünsiyyəti “Kaspersky” şirkətinə yeni inkişaf nöqtələrini tapmağa imkan verəcək", - bunu Sergey Zemkov deyib.

Sergey Zemkov “Kaspersky” şirkətində baş direktorun Rusiyada perspektivli layihələr üzrə  müşaviri vəzifəsində fəaliyyətini davam etdirəcək. Yeni vəzifəsində o, “KasperskyOS” əməliyyat sisteminə əsaslanan immun həllərinin yaradılması, tərəfdaş ekosisteminin yaradılması və şirkətin innovativ rəqəmsal həllərinin kommersiyalaşdırılması  üçün istiqamətlərin və layihələrin inkişafına diqqət yetirəcək.

"Sergey komanda üçün yüksək standartlar tətbiq edib və şirkətin işinə böyük töhfə verib. Estafeti qəbul etməkdən və Sergeylə yeni sahədə işləməkdən şad oldum”, - bunu da Mixail Priboçiy dedi.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment