1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


"Atəşgah" Sığorta Qrupu müştəri - əməkdaş arasında məsafəni qoruyaraq iş prosesini yeni yanaşma ilə davam etdirir
01.04.2020

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. 

Bütün bunları düşünərək,sosial məsuliyyət olaraq missiyası “Azərbaycanın mədəni irsinin qorunub saxlanılması,ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq”  olan  “Atəşgah” Sığorta Şirkəti, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə müştərilərə xidmətində tam yeni yanaşma prosesi tətbiq edərək satış və tənzimləmə prosesini yeniləmişdir. 

“Atəşgah” Sığorta Şirkətindən mövcud olan sığorta növlərini əldə etmək istəyən vətəndaşlar, istər Şirkətin rəsmi internet səhifəsindən online (www.ateshgah.com), istər Şirkətin qaynar xəttinə zəng edərək (012-940) və istərsə də satış üçün aktiv edilmiş biznes Whatsapp nömrəsinə (+99455 254 80 10) müraciət edə bilərlər. 

Bundan əlavə, “Atəşgah” SŞ öz müştərilərini və həmkarlarını düşünərək, işləri üzrə sənədləri təmassız və ya online şəkildə “Zərərlərin tənzimlənməsi” ofisinə təqdim etmə imkanını yaratmışdır. Belə ki, artıq Müştəri baş vermiş hadisə ilə bağlı, təqdim edəcəyi zəruri sənədləri aşağıda qeyd olunan yollarla Şirkətə çatdıra bilər:

Sənədləri kağız variantda təqdim etmək istəyən müştərilər üçün, “Zərərlərin tənzimlənməsi” ofisində müvafiq qutu yerləşdirilib. Qəza komissarı tərəfindən hər bir müştəriyə hadisə yerində, öncədən hazırlanmış zərf təqdim olunur (zərfə bildiriş forması və sığorta tələbi daxildir). Müştəri öz növbəsində təqdim etməli olduğu sənədləri zərfə yerləşdirməli və onu “Zərərlərin tənzimlənməsi” ofisində yerləşən müvafiq qutuya atmalıdır. 

Sənədləri elektron variantda təqdim etmək istəyən müştərilər üçün isə 3 vasitə təklif olunur:

1. www.ateshgah.com saytına daxil olaraq, saytda yerləşən “Şəxsi kabinet” bölümündə qeydiyyatdan keçməklə, sənədlərin fotoşəkillərini və ya skan olunmuş variantlarını online yükləməlidir. Yüklənmiş sənədlər müştəri xidmətləri şöbəsinin e-mail ünvanına daxil olaraq əməkdaşlar tərəfindən təhlil olunacaqdır.

2. Sənədlərin fotoşəkillərini çəkməli və Şirkətin korporativ Whatsapp nömrəsinə göndərməlidir. Whatsapp: (+994) 55 209 04 43;

3. Sənədlərin fotoşəkillərini və ya skan olunmuş variantlarını sadəcə mushterixidmeti@ateshgah.com ünvanına göndərməlidir.

Qeyd etmək lazımdır ki,  “Zərərlərin tənzimlənməsi” ofisinin Müştəri Xidmətləri Şöbəsi həftə içi 09:00-dan 17:30-dək aşağıdakı nömrələr ilə müştərilərin xidmətindədir:

Zərərlərin qiymətləndirilməsi ilə bağlı: - (+994) 55 209 08 85

Sənədlərin qəbulu ilə bağlı: - (+994) 55 209 04 43; - (+994) 55 209 04 45; - (+994) 55 209 04 46 

Baş ofis: (012) 940

Bundan əlavə, müştərilərinin sağlamlığını və təhlükəsizliyini düşünərək “Atəşgah” Sığorta Şirkəti, “Sphera Healthcare AZ” Şirkəti ilə yeni aksiya təşkil etmiş və bu aksiya çərçivəsində müştərilər övladlarının sağlamlığı barədə həkim-pediatrlardan, öz sağlamlıqları barədə isə həkim-terapevtlərdən və psixoloqdan evdən çıxmadan ödənişsiz telefon məsləhəti almaq imkanı əldə edəcəklər. Həkim məsləhətlərindən sonra təyin olunan dərman preparatlarının ünvana çatdırılması pulsuzdur.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment