AZSIĞORTA ASC dünyada bir çox şirkətlərdə trend halını almış maraqlı layihəyə qoşularaq iş gününün bir hissəsini uşaqlara həsr edib.
Belə ki, şirkət öz əməkdaşlarının övladlarına valideynlərinin iş yeri ilə yaxından tanış olmaq, eyni zamanda əyləncəli vaxt keçirmək imkanı yaradıb.
İlk öncə AZSIĞORTA-nın Direktorlar Şurasının Sədri Viladi Maniyev və İdarə Heyətinin Sədri Natiq Namazov uşaqlarla görüşüb və onların sığorta barədə fikirlərini öyrəniblər. Uşaqlar daha sonra şirkətin ayrı-ayrı departamentlərinin iş prosesi ilə tanış olublar.
AZSIĞORTA-nın baş ofisi ilə tanış olduqdan sonra uşarlar üçün əyləncəli proqram təşkil olunub.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.