1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


2019-cu ildə iki milyona yaxın istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb
30.01.2020

 “Beynəlxalq fərdi məlumatların müdafiəsi günü”  ərəfəsində “Kaspersky” şirkəti istifadəçilərin şəxsi məlumatlarına təhlükə yaradan bəzi kiber təhdidləri təhlil edib.

Şirkətinın statistikasına görə, 2019-cu ildə dünyada şifrə oğurlayan hücumların sayı əhəmiyyətli dərəcədə artıb - 72%. Ümumiyyətlə, şirkətin məhsulları təxminən iki milyon istifadəçinin cihazlarına bənzər hücumları dəf edib. Şifrə oğurlayan proqramlar  məlumatları  birbaşa brauzerlərdən əldə edə bilir. Bu, müxtəlif hesablar üçün istifadəçi adı və şifrələri, ödəniş kartlarının məlumatları və avtomatik doldurma üçün formaların məzmunu ola bilər.

Bundan əlavə, 2019-cu ildə fişinq hücumlarının sayı da xeyli artıb. Cinayətkarlar əsasən istifadəçilərin şəxsi və ödəniş məlumatlarını əldə etməyə çalışırlar. Bu dövrdə “Kaspersky” həlləri ortalama 38 milyon cəhdin qarşısını alıb. Fişerlər xəbər gündəliyini yaxından izləyir və geniş ictimaiyyətin müxtəlif əhəmiyyətli hadisələrə və məşhurlara marağından istifadə edərək, zərərli linkə daxil olmağa və ya şəxsi məlumatları daxil etməyə məcbur edirlər.

“İstifadəçilər tərəfindən yaradılan məlumatların sayı artmaqla yanaşı, həm də bu məlumatları qapalı forumlarda satan kiber cinayətkarların onlara verdiyi dəyər də artır.  Aktivlərə giriş əldə etmək üçün müxtəlif metodlardan istifadə olunur, o cümlədən, şifrə oğurlamaq və fişinq proqramları.  Əgər hər hansı bir xidmətdən məlumatlarınızın şəbəkəyə sızdığını görsəniz, dərhal şifrənizi dəyişdirməlisiniz. Əsas qaydalara riayət etmək məlumatların mümkün sızması və zərərli istifadəsi risklərini azaltmağa kömək edir", -  bunu “Kaspersky” şirkətinin baş məzmun analitiki Tatyana Sidorina deyib. 

Məxfi məlumatları qorumaq üçün “Kaspersky” şirkəti istifadəçilərə bunları tövsiyə edir:

* sosial şəbəkələrdə, messencerlərdə və elektron poçtlarda şübhəli linklərə daxil olmayın;

* hesabın doğruluğunu yoxlamaq funksiyası olan və məlumatların şəbəkəyə sızdığını xəbərdar edən “Kaspersky Security Cloud” kimi etibarlı təhlükəsizlik həllini quraşdırın;

*bütün hesablarınız üçün etibarlı şifrələr hazırlayın (12 simvoldan çox, fərqli hərflər, rəqəmlər və xüsusi simvollarla) və onları hər üç aydan bir dəyişdirin, şifrəni düzgün yadda saxlayın -  kağız parçası və ya telefonunuza yazmayın, ancaq xüsusi menecerlərdən istifadə edin; 

*mümkün olduqda, iki faktorlu avtorizasiya edin;

* proqram yüklədikdən əvvəl, istifadəçi müqaviləsi ilə tanış olun – müqavilə, tətbiqin şəxsi məlumatları necə idarə edəcəyi barədə məlumatı ehtiva edir;

* tətbiqlərə yalnız həqiqətən tələb olunan funksiyalara daxil olmağa icazə verin. Məsələn, əgər həll fənər tətbiqi, mikrofon və ya kameraya girməyi tələb edirsə, bu ehtiyatlanmaq üçün bir səbəbdir;

* gizlilik və məxfilik parametrlərini izah edən “Privacy Checker” onlayn vasitəsini sınayın. 

*Anonim statistika, “Kaspersky” həllərinin 2019-cu il ərzində işədüşmə saylarına əsasən toplanıb.



 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment