1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır
12.12.2019

Baki, FinanceTime. PAŞA Sığorta şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb. Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar PAŞA Sığorta adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər. 

PAŞA Sığorta şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin PAŞA Sığorta ASC ilə heç bir əlaqəsi yoxdur.  Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Şirkətdə mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərə bilərlər.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment