1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupunun əməkdaşları “Nəsimi-650” ağacəkmə layihəsinə qatılıblar
06.12.2019

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu “Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” vizyonunu ön tutaraq, ətraf mühitin mühafizəsinə öz töhfəsini vermək məqsədilə ağacəkmə layihəsinə qoşulub.

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində 06.12.2019 tarixində, “Atəşgah” SQ-nun əməkdaşları Bakı şəhərinin Qala qəsəbəsi ərazisində keçirilən ağacəkmə layihəsində iştirak ediblər. Bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə yanaşı, Azərbaycanın mədəni irsinin qorunmasına, çiçəklənən gələcəyinə, ölkəmizin daha da yaşıllaşmasına və ətraf mühitin mühafizəsinə daha böyük zəmin yaradacaqdır.

Fəaliyyətində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayan, eyni zamanda sosial layihələrə hər zaman xüsusi yer ayıran “Atəşgah” Sığorta Şirkətinin 30 nəfər əməkdaşı aksiyada fəal iştirak edib.

Bundan əlavə, Şirkətin dəvəti ilə 6 №-li məktəb-liseyin 13 şagirdi də gələcək nəsli yaşıllığın qorunmasının əhəmiyyəti barədə maarifləndirmək məqsədi ilə tədbirə qatılaraq öz töhfələrini veriblər.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment