“AtaSığorta” ASC-nin kollektivi ağacəkmə aksiyasında iştirak edib
06.12.2019
Baki, FinanceTime. Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilmiş ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edib.
Dekabrın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər İcra Hakimiyyətilə birgə “AtaSığorta” ASC növbəti ağacəkmə aksiyası keçirmişdir. Şirkətin əməkdaşları Mərdəkan ərazisində 300-dən artıq müxtəlif cinsli ağac tingi əkiblər.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.