1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupu 2019-cu ilin 9 ayı üzrə 57 mln. AZN sığorta haqqı toplayıb
28.11.2019

Baki, FinanceTime.  Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 57 mln. AZN təşkil edib. 

 “Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 28 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 15mln. AZN təşkil edib. 

“Atəşgah” SŞ-in 2019-cu ilin ilk doqquz ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə topladığı sığorta haqlarının ümumi həcmi 125% artaraq 4,2 mln AZN təşkil etmişdir. Şirkət həmçinin avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə 3,2 mln AZN sığorta haqqı toplamışdır ki, bu da  keçən ilin eyni dövrü ilə müqayisədə  44% artım deməkdir. Cari ildə  şirkətin tibbi sığorta üzrə topladığı haqlarının həcmi isə 27% artaraq 5,3 mln. AZN təşkil etmişdir.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin cari ilin 9 ayı ərzində topladığı sığorta haqları 29 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 9, 1 mln AZN təşkil edib.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər. 


 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment