1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SŞ-nin təşkilatçılığı ilə “ADA” Universitetinin tələbələri arasında intellektual yarış keçirilib
27.11.2019

Baki, FinanceTime.  Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin təşkilatçılığı və  “ADA” Universitetinin dəstəyi ilə universitetin tələbələri arasında sığorta mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir sığorta sahəsinə aid suallardan ibarət olan intellektual yarış şəklində təşkil edilmişdir. 

23 Noyabr tarixində “ADA” Universitetinin “Məclis” zalında keçirilən intellektual yarışda hər birində 5 tələbə olmaqla ümumilikdə 10 komanda iştirak etmişdir. Tələbələr sığorta ilə yanaşı, iqtisadiyyat, coğrafiya və informasiya texnologiyaları mövzusunda olan suallara da məharətlə cavab vermişdirlər. Sonda tədbir iştirakçılarının sığorta ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Yarışın qalibi olan 3 komanda tutduqları yerlərə uyğun olaraq müvafiq hədiyyələr qazanıblar. Gənclər arasında sığorta sahəsinin maarifləndirilməsi məqsədi ilə 1-ci yeri qazanaraq qalib gələn komanda üzvləri “Atəşgah” Sığorta Şirkətində 2 həftəlik təcrübə proqramı keçmək imkanı əldə etmişlər, həmçinin şirkətin İdarə Heyətinin sədri Azər Əliyevlə görüşərək iş həyatının ən maraqlı məqamları və ölkəmizdə sığortanın əhəmiyyəti mövzusunda olan söhbətdə iştirak edəcəklər. Yarışmanın 2-ci və 3-cü yerlərinin qalibləri də həmçinin  “Atəşgah” Sığorta Şirkətinin iş mühiti ilə tanış olmaq məqsədi ilə Şirkətin baş ofisində keçiriləcək ekskursiyaya qatılmaq imkanı əldə ediblər.

Ümumilikdə, “Atəşgah” Sığorta Şirkətinin təşkil etdiyi bu tədbir “ADA” Universitetinin nümayəndələri və tələbələri tərəfindən maraqla qarşılanmışdır.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment