1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb
19.11.2019

Baki, FinanceTime.  “Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb.

Cənubi koreyalılar tərəfindən Azərbaycana marağın artmasına ölkənin nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və populyar “Battle Trip” səyahət verilişinin Bakıda çəkilən proqramı səbəb olub.

Veriliş efirə getdikdən və “Youtube” kanalında yayımlandıqdan sonra Azərbaycan haqda onlayn axtarışların sayı çoxalıb.

Belə ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Battle Trip” səyahət verilişi oktyabr ayında Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıb.

Azərbaycan mətbəxi ilə də yaxından tanış olan qonaqlar Bakıdakı yerli və xarici restoranlarda da çəkilişlər aparıblar və milli mətbəx nümunələri ilə tanış olublar.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir.

Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq həyata keçirilir.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8830 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 20.3% artım deməkdir.

YOUTUBE VİDEOSU: https://www.youtube.com/watch?v=FtTjJGwoEqI

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment