|
|
|
Neft və qaz | | | Natiq Əliyev: “Hazırda Azərbaycanın 2 trilyon 650 milyard kubmetr qaz ehtiyatı var” |
22.11.2012 | |
| |
“Hazırda Azərbaycanda ildə 45 milyon ton neft, 26 milyard kubmetr qaz hasil olunur. Hazırda ölkədə 2 trilyon 650 milyard kubmetr qaz ehtiyatı var”.
APA-nın xəbərinə görə, bu fikirləri sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə neft hasilatı 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb. Nazirin sözlərinə görə, bu, dünyada ən yüksək göstəricilərindən biridir. Natiq Əliyev indiyədək xarici şirkətlər tərəfindən Azərbaycanın neft sektoruna 45 milyard dollar sərmayə qoyulduğunu deyib.
www.apa.az
|
|
|
|