|
|
|
Sığorta | | | “AtaSığorta” ASC Mərkəzi Bankın əmlaklarını sığortalamışdır |
18.10.2019 | |
| |
Bakı, FinanceTime. Azərbaycan Respublikası Mərkəzi Bankının Tender komissiyasının qərarına əsasən “AtaSığorta” ASC Mərkəzi Bankın balansında olan əsas vəsaitlərinin (daşınmaz və daşınar əmlak) sığortalanması üzrə açıq tenderin qalibi elan olunmuşdur. Satınalma müqaviləsinin şərtlərinə əsasən müvafiq sığorta şəhadətnamələri Mərkəzi Banka təqdim edilmişdir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 100-ə yaxın filial, nümayəndəlik və satış ofisləri daxildir.
|
|
|
|