Müasir dövrdə internet ticarəti istehlakçıların rahatlığını təmin edən önəmli seqmentlərdən biridir.
Bunları nəzərə alaraq “AtaSığorta” ASC öz növbəsində müştəriləri rəsmi internet səhifəsində (www.atasigorta.az) sığorta müqavilələrinin onlayn qaydada əldə edilməsinə dəvət edir.
Hazırda internet səhifəsi üzərindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Səyahət sığortası”, “Fərdi qəza sığortası” və “Avtomobillərin kasko sığortası” məhsullarını əldə etmək mümkündür.
Digər məhsulların onlayn satışı üzrə aktiv işlər davam etməkdədir.