Bakı, FinanceTime. Hər zaman müştərilərin sığorta risklərinin idarə edilməsi üzrəqabaqcıl həllərlə çıxış edən PAŞA Sığorta şirkəti kiçik və orta sahibkarlar üçün ticarət obyektlərinin sığortasını təqdim edir.
Yenisığorta məhsulu alış-veriş mərkəzlərində yerləşən tekstil, ətriyyat, dərman, qida və digər malların satışı ilə məşğul olan mağazalarda və ya mağazaya bitişik anbarlardasaxlanılan ticarət mallarını 1 milyon manatadək təminatlasığortalamağa imkan verir.Bununla sahibkarlar baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində yaranacaq maddi itkilərdən sığortalanmaqla bizneslərinin davamlılığını təmin edə bilərlər.
Ticarət obyektlərinin sığortasıməhsulu ticarət mallarına yanğın, ildırım, partlayış, təbii fəlakətlər; üçüncü şəxslər tərəfindən qəsdən məhv etmə və ya zədələmə; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər; nəqliyyat vasitələrinin vurması kimi risklərə görə təminat verir. Cari məhsul üzrə 1 illiktəminat üçün sığorta haqqı ticarət mallarının razılaşdırılmış dəyərinin 0.2%-dən başlayan tariflərlə hesablanır.Məsələn, 100 min manatdəyərə malik ticarət mallarınınillik sığorta haqqı 0.2% tarif planına əsasən 200 manat təşkil edəcək.
Qeyd edilən təminatlara əlavə olaraq sahibkarlar mağazada olan inventarlara, mağazanın daxili interyerinə dəyən ziyandan,həmçinin üçüncü şəxslərin əmlakına və ya sağlamlığınavurulanzərərdən dəsığortalana bilərlər. Belə ki,sadəcə 40 AZN sığorta haqqı müqabilində sadalananhər bir riskə ayrılıqda 5.000 AZN olmaqla ümumilikdə 15.000 AZN sığorta təminatı verilir.
Ticarət obyektlərinin sığortası barədə müraciət və ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşmaq və ya*7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.