|
|
|
Sığorta | | | “AtaSığorta” ASC 2019-cu ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlamışdır |
18.07.2019 | |
| |
Bakı, FinanceTime. “AtaSığorta” ASC 2019-cu ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-iyun ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 9,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1,0 milyon manat (10%) azalmışdır.
“AtaSığorta” ASC 2019-cu ilin 6 ayı ərzində 7,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,2 milyon manat (80,6%) olmuşdur. Hesabat dövründə şirkətin balans mənfəəti 1,1 milyon manatdan çox olmuşdur.
|
|
|
|