1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Türk Hava Yolları”“Boeing 787-9 Dreamliner”I ilə uçuşlara başlayır
03.07.2019

Bakı, FinanceTime. THY açıqlayıb ki, növbəti 4 il ərzində aviaşirkət daima inkişaf edən hava donanmasını 30 ədəd “Boeing 787-9 Dreamliner”i ilə genişləndirəcək. Bu təyyarələrin hər biri fərdi olaraq hazırlanacaq və yeni biznes sinif salonlarla təmin olunacaqlar. 

Bayraq daşıyıcısı ötən il ümumilikdə 30 “787-9 Dreamliner” təyyarəsi sifariş verib. Onların “Türk Hava Yolları”nın hava donanmasına 2019-2023-cü illər ərzində qatılması planlaşdırılır.

“787-9 Dreamliner” təyyarəsi yanacaq istifadəsi baxımından qənaətliliyi və uzun məsafələri rahatlıqla qət etməsi ilə tanınır.Yeni təyyarələr 124 ölkə üzrə 311 istiqamətdə reallaşdırılan uçuşlarda sərnişinlərə xidmət göstərəcək.

“787-9” modeli 14.140 km (7635 dəniz mili) məsafə qət edir. Bu da “Türk Hava Yolları”na şəbəkəsini daha da genişləndirməyə imkan verir.

“Dreamliner” 300 sərnişin tutumuna malikdir. Bunlardan 270 yer ekonom, 30 yer isə biznes sinif üçün nəzərdə tutulub.

Genişfüzelyajlı salonda LED pəncərələr işığın düşməsini, yeni filtrasiya sistemi isə təzyiq və rütubəti tənzimləyir. Həmçinin mühərriklər, salon, sistem və cihazlar vibroizolasiya ilə təchiz olunub ki, bu da təyyarədə daha səssiz mühit yaradır. 

Biznes sinif sərnişinlər üçün nəzərdə tutulmuş 30 nəfərlik salon 1-2-1 modeli üzrə qurulub. Sərnişinlərə əşyalarının qorunması üçün xüsusi yerlər, güzgü və kokteyllər üçün geniş masalar təklif olunur.

“”Türk Hava Yolları” xidmət sahəsini daima genişləndirir.Bu səbəbdən biz “787-9 Dreamliner”nihava donanmamızın sıralarına əlavə etməyə hazırlaşırıq. Müasir texnologiyaların tətbiqi sayəsində təyyarə istismar nöqteyi-nəzərindən əlverişli və yanacaq istifadəsi baxımından qənaətlidir. Burada sərnişinlər üçün rahat şərait yaradılıb. Biz səyahətçilərə və daimi müştərilərimizə yeni xoş təcrübə yaşatmağa hazırlaşırıq” deyə THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

“”Türk Hava Yolları”nın son illər sürətli inkişafı göz qabağındadır. Biz aviaşirkətin növbəti genişlənməni “787 Dreamliner” ilə etməsinə görə çox sevinirik və əminik ki, yeni təyyarənin təklif etdiyi xidmətlər hava yollarının beş ulduzlu aviaşirkət olduğunu bir daha sübut edəcək.” deyə “Boeing” şirkətinin Satış və marketinq üzrə vitse prezidenti İhsan Munir bildirib.  

“Dreamliner”lə baş tutacaq ilk reys İstanbul-Antalya istiqamətində olacaq və 8 iyul tarixində reallaşdırılacaq. 17 iyul tarixində isə təyyarənin ilk beynəlxalq uçuşu İstanbul   -Denpasar (Bali) istiqamətində həyata keçiriləcək. Təyyarənin uçuş siyahısına London, Dubay, Vaşinqton, NyuYork, Atlanta, Mexiko, Kankun, Amsterdam, Dehli, Panama və Boqota istiqamətləri daxildir. Artıq bu ilin avqust ayından 6 “787-9 Dreamliner” təyyarəsi beynəlxalq uçuşlarda iştirak edəcək. Bu da “Türk Hava Yolları”nın inkişafında yeni eranın başlanğıcıdır.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment