Bakı, FinanceTime. “Türk Hava Yolları” sayəsində siz İstanbuldan 41 ölkəyə uça bilərsiniz! 2018-ci ildə milli bayraq daşıyıcısı uçuş şəbəkəsinə Fritaun, Səmərqənd, Akaba, Krasnodar, Moroni, Banjul və Lusaka şəhərlərini əlavə etdi. Hava Yolları 2019-cu ildə də öz şəbəkəsini genişləndirməyə davam edir. THY bu il İstanbul Hava limanındanMarrakeş, Şarja, Port-Sudan, Luksor şəhərləri istiqamətində avia-uçuşlara start verib.Növbədə isə Bali, Mexiko və Santa Klausun vətəni Rovaniemi şəhərləridir.
İyul ayının 17-dən etibarən “Star Alliance” üzvü İstanbul ilə İndozeniya adası Balini birləşdirəcək. Uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Avqust ayının 8-dən etibarən isə uçuşlar gündəlik reallaşdırılacaq. THY Bali ilə həm uçuş şəbəkəsini genişləndirəcək, həm də tropik adaya səfər etmək istəyənlərin arzusunun həyata keçməsini daha da asanlaşdıracaq.
Bu yay milli bayraq daşıyıcısının geniş uçuş şəbəkəsinə həmçinin Mexiko və Kankun şəhərləri də qatılacaq. İstanbul-Mexiko-Kankun uçuşu TK181 reys nömrəsi ilə həftədə 3 dəfə olmaqla reallaşdırılacaq. Sərnişinlər yeni istiqamətdə biznes klass üçün xüsusi təkliflər tədqim edənB787-9 təyyarəsi ilə uçacaqlar.