1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Microsot” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır
03.05.2019

10 illik fəaliyyətdən sonra “Windows 7” sisteminin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq. Səbəb isə “Microsoft”un 2009-cu ilin 22 oktyabr tarixində “Windows 7” işə salınarkən şirkətin üzərinə götürdüyü 10 illik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır.

İstifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar.

Bununla belə, “Windows 7” fəaliyyətini davam etdirəcək, amma istifadəçilər “Microsoft”dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompyuterlər viruslara qarşı həssas olacaq. Həmçinin, “Microsoft” “Windows 7”-ə texniki dəstək göstərməyəcək.

Bu keçidi rahatlaşdırmaq üçün “Microsoft FastTrack”in təklif etdiyi “Desktop App Assure” xidməti aktivləşdirilir. Bu xidmət “Windows 10” və “Office 365ProPlus” ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır.

Bundan başqa, “Microsoft” SQL Server 2008 və Windows Server 2008 məhsullarını dəstəkləməyi müvafiq olaraq 2019-cu ilin 9 iyul və 2020-ci ilin 14 yanvar tarixindən dayandırır.

Qeyd edək ki, “Windows Server 2008” 2010-ci ilin 14 yanvar tarixindən fəaliyyətini saxladığı halda, SQL Server 2008 bunu 2019-cu ilin 9 iyul tarixində edəcək.

“Windows Server 2008/2008 R2” və “SQL Server 2008/2008 R2”in fəaliyyət vaxtının bitməsi müştəriləri kibertəhlükələr ilə üz-üzə qoyur. Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir.

Bu dəyişiklilərlə bağlı “Microsoft” “Windows 10” üçün bələdçi rolunu oynayacaq “IoT”u təklif edir. Bu xidmət 2028-ci ilə qədər aktiv olacaq və bu illər ərzində “Windows 10”da çalışmaq üçün dəstək funksiyasını yerinə yetirəcək.

Bundan başqa, “Microsoft” tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müştərilərə SAM (Software Asset Management) xidmətini təqdim edir. Müştərilər infrastrukturun

optimallaşdırılması, kibertəhlükəsizlik və “bulud” məhsuldarlığının ölçülməsi üçün bu xidmətdən istifadə edərək, proqram təminatına lazımsız xərclərin qarşısını alır, həmçinin məhsulların köhnəlmiş versiyalarından istifadə riskindən azad olurlar.

Qeyd edək ki, “Windows 10”-un ödənişsiz istifadə müddəti 2016-cı ilin 29 iyul tarixində bitib. Bundan sonra yeni proqram təminatını yalnız ödənişli əsaslarla əldə etmək mümkün olcacaq. “Windows 10” proqram təminatının qiyməti son 10 ildə proqram təminatları üçün tələb olunan rəqəmdən kifayət qədər aşağı olacaq.

Bundan başqa, “Windows 7”-dən “Windows 10”-a keçid barədə ətraflı məlumat əldə etmək üçün bildirişlərdəki “Daha ətraflı” düyməsini basa, həmçinin www.microsoft.com/windows7 saytını ziyarət edə bilərsiniz. Saytın anlaşılan məzmunu şəkil və sənədlərin yeni proqram təminatına köçürülməsini asanlaşdırır. Bundan başqa, sayt vasitəsilə siz yeni qurğuların seçilməsi, həmçinin, “Windows” və “Office” proqramlarının yeni versiyalarının necə çalışması haqqında dolğun məlumat əldə edə bilərsiniz. Yeni qurğuda işə başlayarkən onlayn dəstək bir toxunuşla sizə əlçatan olacaq. Həmçinin, cihazınızı haradan əldə etməyinizdən asılı olmayaraq, şirkətə məxsus istənilən mağazaya yaxınlaşıb, texniki problemi aradan qaldıra bilərsiniz.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment