“AtaSığorta” ASC 2019-cu ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlamışdır
19.04.2019
Bakı, FinanceTime. “AtaSığorta” ASC 2019-cu ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-martayları ərzində şirkətin ümumi sığorta haqqıyığımları 5,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1,1 milyon manat (26,9 %) artmışdır.
“AtaSığorta” ASC 2019-cuilin 3 ayı ərzində 3,5 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım1,6 milyon manat (89,8 %) olmuşdur. Hesabat dövründə şirkətinbalans mənfəəti 160 min manatdan çox olmuşdur.