1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Dünya zənginlərinin yeni reytinqi açıqlanıb
06.11.2012

Azərbaycanlı iş adamı Vahid Ələkbərov 12,4 mlrd. dollar sərvəti ilə siyahıda 72-ci yerdə qərarlaşıb

“Bloomberg” dünya milyarderlərinin yeni siyahısını dərc edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, 200 nəfərlik siyahıda Rusiyanın ən zəngini 18 mlrd. dollarlıq sərvəti ilə özbək əsilli iş adamı Əlişir Usmanov olub. Dünya milyarderlərinin siyahısına isə 77,5 mlrd. dollarlıq sərvəti ilə yenə də meksikalı maqnat Karlos Slim liderlik edir.

“Bloomberg”in 200 nəfərlik zənginlər siyahısına bu il Rusiyadan 20 iş adamı daxil olub. Əlişir Usmanov İngiltərənin “Arsenal” futbol klubunun sahiblərindən biri, nüfuzlu “Kommersant” qəzeti və “Metalloinvest”in sahibidir. Rusiyanın ikinci zəngini isə 16,9 mlrd. dollar sərvətlə Leonid Mixelson olub. 57 yaşlı rus iş adamı dünya zənginlərinin sıralamasında 42-ci yeri tutub. Ondan sonrakı yeri 16,8 mlrd. dollar sərvətə malik Viktor Vekselberq tutur. “Renova Qrup”un sahibi dünya zənginlərinin siyahısında 43-cü yerdə qərarlaşıb.

Ötən il 24 mlrd. dollarlıq sərvəti ilə Rusiyanın ən zəngin iş adamı olan Vladimir Lisin son iki il ərzində 8 mlrd. dollar itki verib. 16,7 mlrd. dollar sərvəti ilə Rusiyanın 4-cüsü olan V.Lisin dünya zənginlərinin siyahısında 44-cü yeri tutub.

“Severstal” polad şirkətinin sahibi Aleksey Mordaşov 15 mlrd. dollarlıq göstərici ilə Rusiyanın 5-cisi, dünyanın 48-cisi olub. “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç isə 14,7 mlrd. dollar sərvəti ilə dünyanın 51-ci zəngini olub.

Dünya zənginlərinin siyahısına Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Vahid Ələkbərov da daxil olub. “LukOil”un prezidenti 12,4 mlrd. dollarlıq sərvəti ilə dünya zənginlərinin siyahısında 72-ci, Rusiya milyarderlərinin siyahısında isə 10-cu yerdə qərarlaşıb.

Bunda başqa, Rusiyadan dünya zənginlərinin siyahısına Mixail Fridman (14,4 mlrd. dollar), Vladimir Potanin (13,8 mlrd. dollar), Andrey Melniçenko (12 mlrd. dollar), Oleq Deripaska (10,5 mlrd. dollar), German Xan (9,8 mlrd. dollar), Dmitri Ribolovlev (9,3 mlrd. dollar), Aleksey Kuzmiçev (7,6 mlrd. dollar), Sergey Qalitski (7,5 mlrd. dollar), İsgəndər Mahmudov (7,2 mlrd. dollar), Vladimir Yevtuşenkov (6,7 mlrd. dollar), Süleyman Kərimov (6,6 mlrd. dollar) və Leonid Fedun (6 mlrd. dollar) daxil olublar. 

www.apa.az

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment