Bakı, FinanceTime. “AtaTravel” MMC –nin nümayəndəsi Dilara Zamanova 5 ulduzlu “Edem Resort and Spa” otelində info turda iştirak edib. Ukraynada, qədim Lvov şəhərindən 26 km aralıda yerləşənbu möhtəşəm məkanı bir dəfə ziyarət edən, heç vaxt unuda bilmir. Söhbət "Edem Resort & Medical SPA" otelindən gedir. Burada siz otelin peşəkar komandası tərəfindən yaxın dost kimi qarşılanırsınız.
"Edem Resort & Medical SPA" qədim Lvovun yaxınlığında mənzərəli “Gənclər” gölü sahilində yerləşən bir sağlamlıq kompleksidir. Kompleks 88 otaqdan, 4 restorandan, 5 konfrans zalından, SPA, golf klubu, Art-kosmik muzeyi,meyvə bağları, parklar, çimərlik, ov ərazisindən ibarətdir.
Otel kompleksi "Total Escape" beynəlxalq nəşrində dünyanın ən yaxşı 9 SPA və Sağlamlıq kurortlarının reytinqinə daxil edilib.
Siz mükəmməl Ukrayna təbiətinin və Gənclər gölünün gözəlliyi ilə tanış olacaqsınız. Art-kosmos muzeyində müasir incəsənətin şah əsərlərini qiymətləndirəcəksiniz, Qolf sahəsində gözəl vaxt keçirəcəksiniz.
Kulinariya pərəstişkarları kompleksin restoranlarında yeni taamlar kəşf edəcəklər. "Edem Resort & Medical Spa" harmoniya məkanı sayılır, çünki burada siz həm fiziki, həm də mənəvi istirahət edə bilərsiniz. Əgər sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, Sağlamlıq Mərkəzinin mütəxəssisləri sizi xüsusi uzunmüddətli, bərpa və detoksifikasiya proqramları olan "Detoks", "Re-energy", "Anti-stress SPA Weekend", "Fithealth" ilə tanış edəcəklər.
Otelin baş meneceri Aleksey Vadimoviç dayanmadan fəal və şən həyat sürmənin sirlərini bizimlə bölüşür. O deyir ki, enerji bərpa etmək üçün ən təsirli üsullardan biri Sağlamlıq Tibb Mərkəzində istifadə etdiyimiz detoksifikasiya proqramıdır.Detoks proqramı həyat boyu yığılan toksinlərin bədənimizdən təmizləyir. Diaqnostika və fərdi müalicə üsullarını birləşdirən vahid bir yanaşma sayəsində orqanizm cavanlaşır, qan dövranı yaxşılaşır, çəki normallaşır və enerji bərpa olunur.
Hər bir tibb proqramına başlamazdan öncə sizi Tibb Mərkəzinin baş həkimi sizi konsultasiya edir.
Sanatoriya qonaqlara 18 növ müalicə proqramı təklif edir. Burada gərgin iş həftəsindən sonra istirahətin və bərpanın unudulmaz duyğularını bəxş edən sehrli 3 günlük “Ri enerji” proqramı insana yeni güc və enerji verir. Sürətli cavanlaşma, orqanizmin canlanması, möhkəmləndirilməsi və enerji ilə gücləndirilməsi üçün işlənib hazırlanan “Ri enerji” proqramı gözəllik və cavanlıq barədə düşünən hər kəs üçündür.
Qeyd edək ki, Tibb Mərkəzi keyfiyyətli və hər bir qonağa xüsusi fərdi xidmət göstərmək məqsədilə gün ərzində yalnız 15 nəfərə xidmət göstərir.
Otelin tövləsində qonaqların at çapması, ova çıxması üçün heyvanlar saxlanılır. Bura gələn qonaqlar otelin ətrafındakı ov ərazisində öz tüfəngləri ilə ova çıxa bilərlər.
Edem Resort and Spa otelinin brüvet otaqları haqqında məlumat.
Burada heç yerə tələsməyə ehtiyac yoxdur, siz anın gözəlliyindən zövq alacaqsınız və saatın əqrəbləri zamanı sizin üçün dayandıracaq. Çünki Edem Resort Medical & SPA meşəlikdə və sakit ərazidə yerləşir. Burada siz hətta fərqli nəfəs alacaqsınız.
Kompleksin SPAzonasında hovuz, trenajor zalı, Roma saunası, rus hamamı, fin saunası, su masajı ilə kiçik hovuz, İsveçrə və fantaziya duşları və duz otaqları var.
Bir sözlə ağır bir iş həftəsinin sonunda SPA mərkəzində enerjinizi bərpa edə biləcəksiniz.
“Edem Resort and Spa” oteli 14+-dir. Yəni buraya 14 yaşdan aşağı uşaqlar buraxılmır. .” Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 498-99-00 (daxili 120) nömrəli telefona və ya (055)711 36 36 mobil telefonuna zəng vurmaq mümkündür.