Bu an üçün AZSIĞORTA şirkətinə artıq 30-dan çox müraciət daxil olub.
Bakı, FinanceTime. Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurmuşdur.Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.
AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil –şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.
Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.
Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.