|
|
|
Dünya xəbərləri | | | Yunanıstanda yoxsul əhalinin sayı sürətlə artır |
05.11.2012 | |
| |
Yunanıstanın «Elstat» statistik xidmətinin apardığı araşdırmalar zamanı ölkə əhalisinin 21,4%-nin maliyyə böhranı nəticəsində yoxsulluq həddinə çatdığı müəyyənləşib. «APA-ECONOMICS»in «RİA-Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, mütləq göstəricilərdə yoxsulluq səviyyəsində yaşayan insanların sayı 2,3 mln. nəfərə çatıb.
Araşdırmada yoxsulluq həddi adambaşına məcmu illik gəlirin 6,6 min avro və ya iki uşaq olmaqla 4 nəfərlik ailə üçün 13,8 min avro kimi götürülüb. Qeyd edilir ki, araşdırma əsasən 2011-ci ili əhatə edib və bundan sonra baş verən iqtisadi geriləməni nəzərə almayıb.
Xatırladaq ki, Yunanıstan yaxın günlərdə büdcə xərclərinin azaldılması üzrə yeni addımlara hazırlaşır və bu, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun kreditləri «əvəzində» atılacaq. Eyni zamanda həmkarlar ittifaqları buna cavab olaraq 48 saatlıq tətil və kütləvi etiraz aksiyaları keçirəcəyini vəd edir.
www.apa.az
|
|
|
|