Bakı, FinanceTime. 2018-cı ilin yekunlarına görə A-Qroup 60 onkoloji xəstənin müalicəsini ödəmişdir.
Xəstliyin ilkin mərhələlərində diaqnostikanın, ixtisaslı tibbi yardımın göstərilməsi və cəld maliyyə köməyinin olması halında qoyulmuş qorxunc diaqnozdan sonra belə yaşamaq şansı kifayət qədər böyükdür.
A-Qroup öz Sığortalılarına maliyyə köməyi göstərərkən məhz bunu rəhbər tutur.Sığortalılar Azərbaycanın və Türkiyə,Rusiya, Almaniya, İsrail və başqa ölkələrin ən yaxşı klinikalarında müayinə və müalicə olmuşlar.
A-Qroup onların hamısının tezliklə sağalmalarını arzu edir və yaddan çıxartmaq da lazım deyil ki, onkoloqiya-hökm deyil və onun müvəffəqiyyətli müalicəsinə həmişə şans var.
Xatırlatmaq istərdik ki, A-Qroup 23 ildən artıq öz müştərilərinin qayğısına qalan və onları dünya standartlarına cavab verən ixtisaslaşmış servislə təmin edən şirkət olaraq qalmaqdadır.