|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Şirkəti «Itera Georgia» şirkətini alıb |
01.11.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda qaz distribyusiyası ilə məşğul olan «Itera Georgia» şirkətinin aktivlərini alıb.
«APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda ARDNŞ Tbilisi şəhəri istisna olmaqla Gürcüstanın qalan ərazisində mövcud qaz şəbəkəsini idarə edir. Bununla yanaşı ARDNŞ tərəfindən Gürcüstanda iri qazlaşdırma işləri aparılır: «Bu çox yaxşı biznesdir. Belə ki, öz qazımızı birbaşa sata bilirik».
«Itera»nın aktivlərinin alqı-satqı qiymətinə gəldikdə, R.Abdullayev bildirib ki, sövdələşmənin dəyəri bir o qədər də iri həcmli olmayıb.
www.apa.az
|
|
|
|