1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb
07.12.2018

Bakı, FinanceTime.  Türkiyənin “Kanal 7” televiziya kanalının məşhur layihələrindən sayılan və tanınmış aparıcı Özlem Tuncanın təqdimatı ilə yayımlanan "Dünyayı geziyorum" verilişinin heyəti Azərbaycanı ziyarət edib. Hər həftənin bazar günü “Türk Hava Yolları”nın sponsorluğu ilə yayımlanan verilişdə nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb, ölkənin turizm imkanları barədə ətraflı məlumat verilib.

Verilişin biri Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri və tarixi məkanlarına həsr olunub.

Bakını Qafqazın Dubayı adlandıran aparıcı Bakıda ilk dəfə şəhər turuna çıxdığını bildirib və qeyd edib ki, Bakı– müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə cəlb edən şəhərdir. Məsələn, Bakının müasir simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında məlumat verən aparıcı İçərişəhərin onda xoş bir təsir bağışladığını vurğulayıb.

“Dünyanı geziyorum”un yaradıcı heyəti Bakıda yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfulla İlyas sözügedən verilişin qonağı olub vəTürkiyədən Azərbaycana həyata keçirilən uçuşlar barədə məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Atatürk hava limanından Bakıya 4 dəfə, Sabiha Gökçəndən isə həftədə 3 dəfə uçuşlar yerinə yetirilir. Noyabrın 8-də açılan Yeni İstanbul Aeroportundan ilk uçuşlardan biri məhz Bakıya olduğunu deyən Seyfulla İlyas onu da bildirib ki, 2019-cu ilin yanvar ayında Ankaradan, yay aylarından etibarən isə Antalyadan Bakıya birbaşa aviareyslər açılacaq.

Aparıcının “artıq 3 il “Türk Hava Yolları”nın Bakı ofisinə rəhbərlik edən Seyfulla İlyas özünü Bakıda necə hiss edir?” sualına şirkətin rəsmisi cavab verib: “Bizi bilrləşdirən,Türkiyəyəbənzər milli və mənəvi dəyərlər mövcuddur. Eyni zamanda, Bakının özünə məxsus xüsusi cəhətləri var. Hər kəsi bu şəhəri ziyarət etməyə çağırıram”.

Bakıdan sonra verilişin heyəti Gəncə, Qobustan, Lahıc (İsmayıllı), Qəbələ, Şamaxı və Qala Arxeoloji-Etnoqrafik Muzey Komleksindən də xüsusi çəkiliş aparıb.

Verilişi izləmək üçün link.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment