Baki, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətləri olan “Qala Sığorta” və “Qala Həyat” şirkəti “22 noyabr–Ədliyyə işçilərinin peşə bayramı günü”münasibəti ilə xüsusi güzəşt kampaniyasına başlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu münasibətlə “Qala Həyat” və “Qala Sığorta” bütün növ könüllü sığorta məhsullarına 20%-dək endirim elan edir.
Belə bir sərfəli kampaniyadan yararlanmaq üçün müştəri istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Qeyd edək ki, kampaniya 30 noyabr tarixinədək qüvvədədir.
Məhsullarımızla bağlı daha ətraflı məlumat almaq üçün (012) 377 10 10 və ya 1540 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.
“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi ədliyyə sistemində çalışan bütün işçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır.