22-24 noyabr tarixlərində, Bakı Ekspo Mərkəzində baş tutacaq "RecExpo Real Estate" IV Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində, Portonovi Monteneqro aparıcı iştirakçılardan biri kimi təmsil ediləcəkdir.
Baki, FinanceTime. Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində - Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş, çoxfunksiyalı kurort 2019-cu ildə ilk sakinlərini salamlayacaq.
Ezackar bağlarla əhatə edilmiş lüks yaşayış mənzilləri, qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı, Avropada ilk “One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə Portonovi, Avropanın bu hissəsində ən müstəsna daşınmaz əmlak layihəsidir.
İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro, möhtəşəm təbiəti, əsrlərcə yaşı olan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur.İl ərzində 250-dən çox günəşli günü olmaqla Portonovi səfalı Aralıq dənizi regionunda yerləşən ideal Avropa məkanıdır.
Ölkənin gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən kurort, bağları, fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir.
Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verənlər üçün dizayn edilib. Bu əsrarəngiz yer Aralıq dənizi ətrafında ən çox tələb olunan istirahət məkanı olmağa iddialıdır.
Bundan başqa, Monteneqro bir Avropa ölkəsi olaraq,sərmayə yatırımı üçün əlverişli hüquqi, maliyyə və vergi mühitinə malikdir. Dünyanın müxtəlif ölkələrindən Monteneqronun hava limanlarına birbaşa uçuşların sayının sürətli artımı turizm sektorunun inkişafı üçün böyük təkandır. Həmçinin, bir çox ölkələrin vətəndaşları üçün açıq viza siyasətinin olması siyasi sabitliyin önəmli göstəricisidir.
“Azmont Investments” şirkəti (layihənin developeri) bu dünya səviyyəli kurortu 22-24 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək "RecExpo Real Estate" IV Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində təqdim edəcəkdir.