Baki, FinanceTime. Azərbaycanın həyat sığortası bazarının lokomotivlərindən sayılan“Qala Həyat” sığorta şirkəti strateji inkişafını uğurla davam etdirir.
Şirkətdən verilən məlumata görə, sığorta portfelində icbari (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”) sığorta növünün payı 12% artaraq 6 650 599 manata, həyatın ölüm halından sığortası növünün payı isə32% artaraq 2 377 768 manata çatıb. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar.
Məlumat üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manat təşkil edib.
Bu isə “Qala Həyat”ın uğurlu və davamlı inkişafını bir daha sübut edib.
Bununla yanaşı, cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişi də verilib.Ödənişlər gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.