Baki, FinanceTime. 23 ildən artıq sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin üçrübünə olan nəticələri açıqlayıb.
Bu ilin 9 ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 697 708,26 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 1 299 014 AZN çox olmuşdur və bu da müqayisədə 38% artım deməkdir.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 4 021 107 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.
KASKO üzrə sığorta haqları 2.5 dəfə artıb vəbu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
2018-ci ilin üç rübündə A-Qroup-un sığortalıları 5 694 958,97 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 5 451 868,15 təşkil etmişdir.
Ortalama olaraq A-Qroup 2018-ci ilin üç rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.