1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”:Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb
31.10.2018

Baki, FinanceTime.  “Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokaltəhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar. Kibertəhdidin potensial qurbanlarının əksəriyyətini internetdə də gözləyirdilər: yanvardan sentyabradək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib.

İstifadəçilər tez-tez (hadisələrin 42%-ndə) “trojan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar, hansılar ki, istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. Bundan başqa, təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların mayninqi üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb. Buna bənzər təhdidlər birbaşa olaraq maliyyə zərərinə gətirib çıxarmır, lakin yoluxmuş qurğunun məhsuldarlığını və sürətini əhəmiyyətli dərəcədə aşağı salır.

Ümumiyyətlə, “Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb-təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur.

“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizliyə lazımi diqqət yetirilmirsə. Fikrimizcə, gələn il mobil qurğulara hücumların sayında artım gözlənilir. Bundan başqa, kriptovalyutalar və maliyyə sistemləri böyük ehtimalla kibercinayətkarların yeni hədəflərinə çevriləcək. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və bu münaqişələrin qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən müdafiə olmaq üçün “Kaspersky Lab” bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

·         məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərədaxil olmayın;

·         əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;

·         yalnız rəsmi mağazalardan olan əlavələriquraşdırın;

·         bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;

·         qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;

·         əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin;

·         etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.

 

*Məlumatlar 2018-ci ilin yanvar-sentyabr aylarında “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslanır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment