Baki, FinanceTime. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “Atəşgah Həyat” və digər həyat sığorta şirkətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov, “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev və digərləri iştirak ediblər. “Atəşgah Həyat” SŞ tərəfindən sənədi İdarə Heyətinin sədri Azər Əliyev imzalayıb
Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.
Qeyd edək ki, şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır.