|
|
|
Neft və qaz | | | «LUKoil» şirkəti Azərbaycanda ilk dəfə olaraq YDM-lərin françayzinqlə fəaliyyətini təşkil edir |
24.10.2012 | |
| |
«LUKoil-Azerbaijan» şirkəti Azərbaycanda ilk dəfə olaraq yanacaqdoldurma məntəqələrinin françayzinq əsasında təşkilinə başlayıb.
Bu barədə «APA-ECONOMICS»ə şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.
Artıq şirkətin 29 yanacaqdoldurma məntəqəsindən 3-ü, o cümlədən bu gün Şamaxı rayonunda işə düşən iki YDM bu sxemlə işləyir. Hazırda «LUKoil» YDM şəbəkəsi məntəqələrin sayına görə ölkədə ikinci ən böyük şəbəkədir. Məntəqələrin 11-i Bakıda, qalanları ölkənin regionlarında yerləşir. İlin sonunadək daha 1-2 məntəqənin açılması nəzərdə tutulur.
Artıq «LUKoil-Azerbaijan» şirkəti Bakı şəhərinin Suraxanı rayonu ərazisində tikiləcək yeni yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi ilə bağlı tender elan edib. Şirkətdən verilən məlumata görə, YDM-lərin françayzinq sxemi ilə işə düşməsi prosesi bundan sonra da davam edəcək. Bundan sonra şirkət YDM-lərin icarə əsasında fəaliyyətinə də üstünlük verir.
www.apa.az
|
|
|
|