|
|
|
Sığorta | | | “Günay Sığorta”-da yeni təyinat |
02.07.2018 | |
| |
“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahinoğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
İlkin Mirzəyev 2008-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin Maliyyə Kredit fakultəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitirdikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışmışdır. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdur.
|
|
|
|