Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kommersiya bankları üçün seminar təşkil edilib.
Tədbirdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın qeyri-qanuni leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM), həmçinin beynəlxalq sanksiyalar rejimləri çərçivəsində risklərin idarə edilməsi mövzuları üzrə məlumat təqdim edilib.Seminarda bankların rəhbər şəxsləri və aidiyyəti sahələr üzrə məsul şəxslər iştirak edib.
Tədbir zamanı beynəlxalq ekspertlər Devid Artingstoll və Yevgeniya Bolyasna, həmçinin Palatanın nümayəndələri tərəfindən sadalanan mövzular üzrə təqdimatlar nümayiş etdirilib vəmüxtəlif praktiki məşqlər, eləcə də qrup çalışmaları təşkil edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və beynəlxalq təcrübəyə dair məlumat verilib.