Baki, FinanceTime. Bu gün “Qala Sığorta”nın Gəncə şəhəri, Heydər Əliyev prospekti 493 ünvanında yerləşən nümayəndəliyinin rəsmi açılışı olub.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Gəncə nümayəndəliyinin fəaliyyətə başlaması ilə bütün qərb bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər. Məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanınıasanlaşdırmaqdır.
Açılış mərasimində iştirak edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurovbütün Gəncə ictimaiyyətini salamlayaraq şirkətlə bağlı qonaqlara ətraflı məlumat verib.
O bildirib ki, bölgələrdə nümayəndəliklərin açılması ölkə rəhbərliyinin, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində apardığı uğurlu siyasətin əməli iş planına kiçik də olsa töhfə verməklə, şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir: “Bu gün biz Gəncə nümayəndəliyinin rəsmi açılış mərasimini qeyd edirik. “Qala Sığorta” şirkətinin baş ofisində və digər nümayəndəliklərində göstərilən sığorta xidmətləri Gəncə nümayəndəliyində də keçərli olacaq. Biz Gəncə nümayəndəliyimiz vasitəsi ilə bütün qərb bölgəsinin əhalisinə 23 sığorta növü üzrə xidmət göstərəcəyik. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür. Sığorta xidmətlərimiz sırasına daşınmaz əmlakın icbari sığortası, avtomobillərin kasko sığortası və digər sığorta növlərimizi misal gətirə bilərik. Bununla yanaşı, nümayəndəliyimizdə müştərilərə “Qala Həyat” sığorta şirkətinin də məhsulları təklif olunacaq. Həyat sığortası məhsulları da olduqca maraqlı və çox sərfəlidir. Nümayəndəlikdə yüksək peşəkar komandadan ibarət işçilər çalışır. Sadəcə müştərilər Gəncə nümayəndəliyimizə yaxınlaşmaqla istənilən növ sığorta məhsulunu əldə edə bilər. - deyə, T.Yunsurov vurğulayıb.
T.Yunsurov 2018-ci ildə Şirkətin “Qala Sığorta hər kəsin sığortaçısı” şüari altında fəaliyyətini uğurla davam etdirəcəyini, eləcə də yaxın gələcəkdə növbəti nümayəndəliyin açılmasının planlaşdırıldığını da qeyd edib.
Qeyd edək ki, açılış mərasimidə Şirkətinbaş ofisinin departament və şöbə nümayəndələrindən ibarət işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Gəncə Şəhıər İcra Hakimiyyətinin nümayəndələri və Gəncə ictimaiyyətini təmsil edən digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə xidmətlər göstərir. Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.