1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həyat sığortası ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasında işçi qrupunun görüşü keçirildi
23.02.2018

Baki, FinanceTime.   Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı iləhəyat sığortası istiqamətində işçi qrupunun görüşü keçirildi. Görüşdə ölkədə fəaliyyət göstərən həyat sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri iştirak etdi.

Görüşdə həyatın yığım sığortası ilə vətəndaşlara vergi və məcburi dövlət sosial sığorta sahəsində nəzərdə tutulan imtiyazlar, onun həm vətəndaşlar, həm də dövlət üçün yaratdığı imkanlar qeyd edildi və bu barədə müzakirələr aparıldı.“Sosial sığorta haqqında” Qanuna təklif edilən düzəlişlər, onun sığorta bazarında doğuracağı nəticələr, üstünlüklər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparıldı.

İşçi Qrupu tərəfindən Qanuna dəyişikliklə əlaqədar məsələnin hərtərəfli araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bununla bağlı müvafiq orqanlara müraciət edilməsi qərara alındı.

Qeyd etmək lazımdır ki, 1997-ci il “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanuna 21 oktyabr 2005-ci ildə edilmiş dəyişikliyə uyğun olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 19 iyul 2009-cu ildə edilmiş dəyişikliyə müvafiq olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment