1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək bir qədər də çətinləşib
23.02.2018

Baki, FinanceTime.  Ötən il ərzində internetdə fişinq daha gizli və “hiyləgər” olub – fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək getdikcə çətinləşir. Bu cür nəticələrə “Kaspersky Lab” şirkətinin 2017-ci ildə spam və fişinqlə bağlıhesabatınınmüəllifləri gəliblər. Ötən ilin ilk yarısında Azərbaycanda spamla qarşılaşan istifadəçilərin sayı 66% təşkil edib*.

Əgər bir il bundan əvvəl fişinq səhifəsini müəyyən etməsi üçün SSL-sertifikatının (ünvan sətrində HTTPS-in olması) mövcudluğunun yoxlanılması tövsiyə olunurdusa, hazırda bu, təhlükəsizliyə zəmanət vermir. SSL-sertifikatlara tez-tez fişinq səhifələrində rast gəlmək mümkündür. Məsələn, bu, asanlıqla alınan “Let’s Encrypt” və “Comodo” mərkəzlərinin 90-günlük pulsuz sertifikatları ola bilər. Bundan başqa, fişinq səhifələri çox vaxt lazımi sertifikatlara malik olan sındırılmış saytlarda da yer alır. Nəhayət, fişinq məzmununun yerlışdirilməsi üçün fırıldaqçılar SSL-sertifikatlı veb-hostinqdən aktiv şəkildə istifadə edirlər.

Digər bir qaydaya da riayət etmək çətinləşib – domenin yazılışını daim yoxlamaq. Fişerlər daha çox brauzerlər tərəfindən ünvan sətrində “Unicode” simvollarını təklif etmək üçün istifadə olunan “Punycode” kodlaşdırmasını istismar edirlər. Lakin domenin bütün simvolları bir dilə aid olduğu halda brauzer onları “Punycode” formatında deyil, göstərilən dildə əks olunacaq. Fırıldaqçılar latın əlifbasına bənzəyən simvolları seçib, onlardan tanınmış şirkətin domeninə bənzəyən domen adı düzəldirlər. Fişerlər hər dəfə tam bənzər simvollar seçə bilməsələr də, olduqca inandırıcı görsənir: məsələn, adi “m” hərfini aşağısında kiçik nöqtəsi olan eyni simvolla səhv salmaq çox asandı. Bundan başqa, bu cür domenləri açar sözlərlə aşkar etmək daha çətindir.

“Texniki baxımdan fişinq doğurdan da təkmilləşdirilərək inkişaf edir – fırıldaqçıların tələsinə düşməkl getdikcə asanlaşır, məhz ona görə mənşəyi məlum olmayan və ya tanıdığınız mənbədən olan linklərə keçid zamanı ehtiyatlı olmaq lazımdır. Cinayətkarların istifadə etdiyi əsas mövzulara gəldikdə – əvvəllər olduğu kimi əksər hallarda bu, gündəlik hadisələrdi. Güman edirik ki, yaxın gələcəkdə bizi futbol üzrə keçiriləcək Düya Çempionatı, Azərbaycan Prezident semkiləri, “Formula 1” və digər hadisələrlə bağlı linklər gözləyir. Kibercinayətkarları cəlb edən maliyyə tərəfini nəzərə alsaq, 2018-ci ildə həm fırıldaqçılq, həm də fişinq kriptovalyuta spamının artımını gözləmək olar”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirb.

 

2017-ci il üzrə analitiklərin qeyd etdiyi əsas rəqəmlər və tendensiyalar arasında:

·         poçt trafikində spamın payı 56,63% təşkil edib (2016-cı ilə nisbətən 1,68 faiz bəndi azalıb);

·         ən çox spam ABŞ-dan göndərilib – 13,21%;

·         poçtda ən məşhur zərərverici –“Trojan-Downloader.JS.Sload”;

·         “Antifişinq” sisteminin 246 231 645 dəfə işə düşməsi qeydə alınıb;

·         15,9% unikal istifadəçi fişinqlə rastlaşıb.

 

2017-ci ildə spam və fişinqın inkişafı haqqında daha ətraflı məlumatla “Kaspersky Lab”ın hesabatında tanış olmaq mümkündür:https://securelist.ru/spam-and-phishing-in-2017/88630/.

*2017-ci ilin iyul-dekabr aylarında Azərbaycan ərazisində “Kaspersky Lab”ın məhsullarında “Anti-spam” modulunun işə düşməsi nəticəsində əldə olunan məlumatlara əsasən.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment