1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah”17,3 milyon manat sığorta ödənişi edib
20.02.2018

Azər Əliyev: “2017-ci il bizə hazırkı bazar şəraitinə uyğunlaşmağa və dayanıqlı olmağa kömək etdi”

Azərbaycanın lider sığorta şirkətlərindən olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ 2017-ci ilin nəticələrini açıqlayıb. Belə ki, “Atəşgah” SŞ-nin 2017-ci il üzrə hesablanmış sığorta haqqı 39, 069 682 AZN olmuşdur. Verilmiş sığorta ödənişləri isə 17, 388 355 AZN təşkil etmişdir ki, bu da 2016-ci il ilə müqayisədə 1, 527 173 AZN (9,63%) çoxdur.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər keçən il 10, 804 001 AZN təşkil etmişdir ki, bu da 2016-ci ilin göstəricisi ilə müqayisədə 513, 693 AZN(4,99%)çoxdur. 

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Şirkətində 2017-ci il üzrə hesablanmış sığorta haqları 39, 359 348AZN olmuşdur. Bu isə 2016-ci ilin göstəricisi ilə müqayisədə 2, 249 352 AZN (6,06%) çox olmuşdur. Verilmiş sığorta ödənişləri isə 54, 852 968 AZN təşkil etmişdir ki, bu da 2016-ci il ilə müqayisədə 26, 539 194 AZN (93,73%) çoxdur.  Həyatın yaşam sığortası üzrə isə ödənişlər52, 184 169 AZN olmuşdur ki, bu da 2016-ci ilin göstəricisi il ilə müqayisədə 25,124 482 AZN (92,85%) çoxdur.

Ümumilikdə 2017-ci il üzrə İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1737978 AZN, həyat sığortasının digər növləri üzrə isə ümumilikdə 53876451 AZNödənilmişdir. 

“Geridə qoyduğumuz 2017-ci il, cari ildə bizə daha dayanıqlı olmağı, daha uzaqgörən olmağı öyrətdi. Hazırkı bazar şəraitinə uyğunlaşmaq üçün yeni planlar və strategiyalar qurmağa, onları həyata keçirmək üçün yollar axtarmağa kömək etdi və yeni bazarlarda xidmətlərimizi təklif etməyi tezləşdirdi. Ona görə, 2017-ci ili “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ üçün çox müsbət dəyərləndirirəm. Əminəm ki, bu il bizim üçün daha da uğurlu olacaq” – deyə, “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri Azər Əliyev bildirib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment