1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edildi
19.02.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 15 Fevral 2018-ci ildə  “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ilk  görüşü keçirildi. GörüşdəAzərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və sığorta şirkətlərinin nümayəndələri, həmçinin bu sahə üzrə ekspertlər iştirak etdilər.

Görüş zamanı Azərbaycan Respublikası Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Palata tərəfindən görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin iştirakı ilə işçi qrup formalaşdırılmış, kənd təsərrüfatı sığortası sahəsində cari vəziyyətin diaqnostikası aparılmış, mövcud qanunvericilik təhlil edilmiş, beynəlxalq təcrübə araşdırılaraq öyrənilmişdir (ABŞ, Türkiyə, İspaniya, İsrail, Kanada, Avstriya və s.).

Görüşdə həmçinin, Türkiyə modeli olan “TARSİM”-in yerində öyrənilməsi, “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin hazırlanmasıməsələləri də müzakirə predmeti oldu.Müzakirələrin yekununda sığortaçılar tərəfindən Qanun layihəsinə baxılaraq, qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alındı.

Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması ilə bağlı tədbirlərin Palata tərəfindən icrasına dəstək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə İşçi Qrup formalaşdırılmışdır. İşçi Qrupuna Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi də daxil olmaqla, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, bu sahədə ekspert şəxslər daxil edilmişdir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment