Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” 2017-ci il ərzində həyata keçirdiyi 3 ən iri sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ildə “Qala Sığorta” şirkətinin müxtəlif hadisələr üzrə 3 ən iri sığorta ödənişinin məbləği 37 683 manat təşkil edib.
Belə ki, “Qala Sığorta” şirkəti tərəfindən “Avtomobillərin tam sığortası” üzrə Ağstafa rayonu Köçvəlli kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz markalı avtomobilə dəyimiş zərərə görə 19 033 min manat; Sumqayıt şəhərində baş vermiş yol nəqliyyat hadisəsi zamanı“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bir hadisə nəticəsindəüçüncü şəxslərə dəyən zərərə görə 10 000 manat vəBakı şəhərində içtimai iaşə müəssəsinin daxilində baş vermiş subasma nəticəsində “Daşınmaz əmlak istifadəçilərinin mülkü məsuliyyətinin icbari sığortası” üzrə bir sığorta hadisəsinə görə isə 8 650 manat həcmində sığorta ödənişləri həyata keçirib. Ödənilən vəsaitlər qanunvericiliyin tələbləri gözlənilməklə vaxtında və operativ qaydada həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ildə “Qala Sığorta” tərəfindən müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 424 000 manat həcmində sığorta ödənişi verilib.
Xatıərldaq ki, 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra həmin şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. İki illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, qısa zaman kəsiyində müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.