1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” və “Qala Həyat”ın dəstəyi ilə blokçeyn texnologiyalarına aid seminar keçirilib
09.02.2018

Baki, FinanceTime.  Azərbaycan sığorta bazarının tanınmış şirkətləri - “Qala Həyat” və “Qala Sığorta”nın təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən “Blokçeyn texnologiyası: Gerçək və gələcək” mövzusunda seminar başa çatıb.

Tədbirdə son illər dünyada sürətlə yayılan blokçeyn texnologiyaları, kriptovalyutalar, rəqəmsal pullar, onların iş prinsipi, gətirdiyi yeniliklər və bu texnologiyaların Azərbaycanda müxtəlif sahələrdə tətbiqi üsulları müzakirə edilib.

FED.az maliyyə və biznes xəbərləri portalının informasiya dəstəyi verdiyi tədbirdə iştirakçılar seminarda blokçeyn texnologiyası haqqında, “blokçeyn pul üçün”, “bu texnologiyanın yayılmasının nəticələri”, “Blokçeyn pul üçün deyil” adlı mövzularla yanaşı digər modullar üzrə də ətraflı məlumat əldə ediblər.

Tədbirdə bildirilib ki, blokçeyn texnologiyaları, kriptovalyutalar və rəqəmsal pullar gələcəyin maliyyə sektorunu inanılmaz dərəcədə dəyişəcək. Bu amil bankları öz xidmətlərinə yenidən baxmayağa, müştərilərinə və partnyorlarına daha adekvat xidmət göstərməyə vadar edəcək: «Bu yenilik maliyyə sektorunda bankların monopoliyasına son qoyacaq».

Seminarın təlimçisi, peşəkar analitik Fərhad Əmirbəyovun sözlərinə görə, blokçeyn texnologiyaları təkcə maliyyə sektorunda deyil, digər sektorlarda da uğurla tətbiq edilə bilər. Bura, turizm, ictimai xidmətlər, investisiya fəaliyyəti, müəllif hüquqları, müqavilələrin bağlanması, hüquq sistemi və sair aiddir.

Bu yeniliklər müqavilələrin daha etibarlı və icra olunan vəziyyətə gəlməsinə imkan verəcək. İctimai xidmətlərin isə sürəti və keyfiyyəti qat-qat artacaq.

Blokçeynin və yeni texnologiyaların tətbiqi xüsusilə investisiya imkanlarını da inanılmaz dərəədə dəyişəcək. «Əşyaların interneti»nin  yaranması isə onunla nəticələnəcək ki, maliyyə sektoruna və həyatımıza insan olmayan, amma internet üzərindən aktiv olan əşyaların dövrü başlanacaq: «Əşyalar bir birinə ödəniş edəcək, faktiki olaraq onlar da maliyyə sektorunun iştirakçılarından birinə çevriləcək»-deyə F.Əmirbəyov bildirib.  

Blokçeyn texnoloiyalarının in prinsipi barədə məlumat verən təlimçinin sözlərinə görə, yeni texnologiyalar bu sistemə bütöv bir alqoritmlərin yükənməsinə imkan verəcək. Nəticədə həyatn hər bir anı üçün hazır proqramlar tətbiq ediləcək: «Məsələn siz alqoritm verirsiniz ki, təyyarəyə geciksəm, mənə otel bron edin, belə hadisə baş verəndə sistem sizdən soruşmadan bunu edəcək».

Təlimçi bildirib ki, blokçeyn texnologiyaları təkcə pula deyil, vaxta da qənaət etməyə imkan verir və bu da onların ən böyük üstünlüyüdür.

Tədbirdə rəqəmsal pulların gələcəkdə daha da geniş yayılacağı və iqtisadi həyatda rolunun artacağı qeyd edilib. “AMBLER” konsaltinq, “UNEC Research Foundation” və “AFRR Consulting” şirkətlərinin  təşkilati dəstəyi ilə keçirilən bu maraqlı tədbir iştirakçıların interaktiv saulları və müzakirələri ilə davam edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment