Baki, FinanceTime. Azərbaycan sığorta bazarının tanınmış şirkətləri - “Qala Həyat” və “Qala Sığorta”nın təşəbbüsü və dəstəyi ilə Bakıda “Blokçeyn texnologiyası: Gerçək və gələcək” mövzusunda seminar keçiriləcək.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 08 fevral tarixində“Winter Park Hotel” də keçiriləcək seminar bir neçə maraqlı mövzuları əhatə edəcək.
İştirakçılar seminarda blokçeyn texnologiyası haqqında, “blokçeyn pul üçün”, “bu texnologiyanın yayılmasının nəticələri”, “Blokçeyn pul üçün deyil” adlı mövzularla yanaşı digər modullar üzrə də ətraflı məlumat əldə edə biləcəklər.
Seminarın təşkilati dəstəyi rolunda “AMBLER” konsaltinq, “UNEC Research Foundation” və “AFRR Consulting” şirkətləri çıxış edir. İnformasiya dəstəyi isə FED.az saytıdır.
Qeyd edək ki, seminarın təlimçisi tanınmış, peşəkar analitik Fərhad Əmirbəyovdur.