Baki, FinanceTime. “Kaspersky Lab” şirkətinin araşdırmasına* əsasən, 2017-ci ildə sənayə sahəsində sürətlə inkişaf edən təhdidlərdən biri də məqsədli hücumlar olub. Hesabat ilində dünyada sənaye müəssisələrinin 28%-i bunula rastlaşıb – 2016-cı ildə bu göstərici 20% təşkil edib. Bu rəqəmlər “Kaspersky Lab”ın ekspertlərinin 2018-ci ildə avtomatlaşdırma sistemlərinin komponentlərində boşluqlardan yararlanan zərərli proqram təminatının peyda olub, intişar etməsi ilə bağlı proqnozlarını bir daha təsdiqləyir.
Kibercinayət qruplaşmaları sənaye sektoruna daha çox diqqət ayırmağa başlayıblar, lakin şirkətlər nütün bunlara necə müqavimət göstərməklərini heç də həmişə dərk etmir. Belə ki, hər ikinci sənaye müəssisəsi (48%) biznesin qarşılaşdığı təhdidlər barədə biliklərinin lazımi səviyyədə olmadığını bildirib. Bununla belə, sorğu iştirakçılarının demək olar hamısı (87%-i) il ərzində ən azı bir mürəkkəb kibermünaqişə ilə qarşılaşdığını etiraf edib. Təəcüblü deyil ki, hər üçüncü şirkət (34%) hücumu aşkar etmək üçün bir neçə gün, hər beşinci şirkət isə bir neçə həftəyədək vaxt sərf edir.
Şirkətlər kibertəhdidlərdən keyfiyyətli müdafiənin vacibliyini yaxşı anlayır. Respondentlərin 62%-i daha mürəkkəb proqram təminatından istifadə etməyin zəruri olduğuna əmindir. Lakin təkcə proqram vasitələri kifayət etmir: sorğu iştirakçılarının təxminən yarısı (49%-i) bildiriblər ki, onların əməkdaşları kibertəhlükəsizlik siyasətinə riayət etmirlər. Bu göstərici digər sahələrə nisbətən 6% çoxdur. Nəzərə alsaq ki, sənaye şirkətində çalışan əməkdaşın istənilən səhvi müəssisənin stabil fəaliyyətinin pozulmasına gətirib çıxara bilər, kibertəhlükəsizlik bacarıqlarının öyrədilməsi effektiv müdafiənin vacib şərtinə çevrilir.
“Sənaye idarəetmə sistemlərinə kiberhücumlar şübhəsiz bir nömrəli təhdidə çevrilir, belə ki, onlar biznesin aramasızlığına və istehsal ilə məşğul olan şirkətin əsas bahalı aktivlərinə birbaşa olaraq təsir göstərir. Lakin müsbət tərəf də mövcuddur: sözügedən bazarın iştirakçılarının əksəriyyəti hansı təhdidlərin ilk plana çıxmasını və yaxın gələcəkdə hansıların aktual olacağını bilirlər. Məhz bu səbəbdən xüsusi olaraq avtomatlaşdırılmış sənaye mühitlərinin müdafiəsi üçün hazırlanan kompleksli həllərin tətbiqi olduqca vacibdir. Onlar yüksək çevikliyə malikdir və hər bir təşkilatın texnoloji proseslərinə uyğun olaraq köklənir”, - deyə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoruAndrey Suvorov vurğulayıb.
“Kaspersky Lab” infrastrukturun bütün səviyyələrində müdafiəsi, o cümlədən SCADA serverləri, maşın-insan interfeysi, iş stansiyaları, proqramlaşdırılan məntiqi kontrollerlər və şəbəkə qoşulmaları üçün nəzərdə tutulan və sənaye müəssisələrinin müxtəlif tələbatlarına cavab verən texnologiyalar və xidmətlər təklif edir.
“Kaspersky Industrial CyberSecurity” – yeni hücum vektorlarının proqnozlaşdırmasından tutmuş kibermünaqişələrin qarşısını almaq, onları müəyyən etmək və reaksiya vermək üçün xüsusi texnologiyalardan istifadəsinədək uyğunlaşdırılmış təhlükəsizlik modelinin bütün mərhələlərini özündə birləşdirən kompleks həllidir. “Kaspersky Industrial CyberSecurity” haqqında daha ətraflı:ics.kaspersky.ru.
* ”Biznesin informasiya təhlükəsizliyi” araşdırması 2017-ci ildə “Kaspersky Lab” və “B2B International” tərəfindən birgə keçirilib. Tədqiqatda dünya sənaye şirkətlərinin 962 nümayəndəsi iştirak edib.