Baki, FinanceTime. Yanvarın 31-də Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin yeni müasir üslubda dizayn olunmuş baş ofisinin açılışı keçirilib. Açılış mərasimi şirkətin rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.
Açılışda iştirak edən “AzSığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov yeni ofis və yeni planlar haqqında məlumat vermişdir. “Ötən il sığorta bazarı üçün çoxlu çağırışlar ili olmuşdur. O cümlədən bizim üçün. Lakin biz bu çətinliklərə, bazardakı çətin əməliyyat şəraitinə baxmayaraq bir sıra vacib və cəsarətli qərarlar verdik. Bugördüyünüz ofis də bizim yeni planlarımızın, yeni biznes strategiyamızın bir hissəsidir. Yeni ofis elə layihələndirilib ki, şirkətdə əməkdaşlarımızın rahat, səmərəli və müasir iş şəraitində işləməsi üçün bütün imkanlar var. Bu isə bizə qarşıda qoyduğumuz yeni hədəflərə çatmağımıza kömək edəcək” - deyə, A. Talıbov bildirib.
Ofisin açılış mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılmışdır. “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.