Baki, FinanceTime. Daim müştərilərin rahatlığını düşünən “Qala Sığorta” bu dəfə Lənkəran nümayəndəliyinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Lənkəran nümayəndəliyinin fəaliyyətə başlaması ilə bütün cənub bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər. Məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanınıasanlaşdırmaqdır.
Açılış mərasimində iştirak edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, bölgələrdə nümayəndəliklərin açılması ölkə rəhbərliyinin, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində apardığı uğurlu siyasətin əməli iş planına kiçik də olsatöhfə verməklə,şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir: “Bu gün biz Lənkəran nümayəndəliyinin rəsmi açılış mərasimini qeyd edirik. “Qala Sığorta” şirkətinin baş ofisində və digər nümayəndəliklərində göstərilən sığorta xidmətləri Lənkəran nümayəndəliyində də keçərli olacaq. Biz Lənkəran nümayəndəliyimiz vasitəsi ilə bütün cənub bölgəsinin əhalisinə 23 sığorta növü üzrə xidmət göstərəcəyik. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür. Sığorta xidmətlərimiz sırasına daşınmaz əmlakın icbari sığortası, avtomobillərin kasko sığortası və digər sığorta növlərimizi misal gətirə bilərik. Bununla yanaşı, nümayəndəliyimizdə müştərilərə “Qala Həyat” sığorta şirkətinin də məhsulları təklif olunacaq. Həyat sığortası məhsulları da olduqca maraqlı və çox sərfəlidir. Nümayəndəlikdə yüksək peşəkar komandadan ibarət işçilər çalışır. Sadəcə müştərilər Lənkəran nümayəndəliyimizə yaxınlaşmaqla istənilən növ sığorta məhsulunu əldə edə bilər. - deyə, T.Yunsurov vurğulayıb.
T.Yunsurov il ərzində “Qala Sığorta” şirkətinin digər regionlarda da xidmət şəbəkəsinin genişləndirilməsi işini davam etdirəcəyini qeyd edib: “Məqsədimiz bölgələrdə yaşayan əhalinin sığorta sahəsi üzrə maarifləndirmə işini təşkil etmək,onların həyat və qeyri-həyat sığortası məhsulları üzrəehtiyaclarını təmin etməkvə eyni zamanda bölgələrdə baş verən sığorta hadisələrinin operativ şəkildə tənzimlənməsini həyata keçirməkləmüştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaqdır”.
Qeyd edək ki, açılış mərasimidə Şirkətinbaş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Lənkəran İcra Hakimiyyətinin nümayəndələri və Lənkəran ictimaiyyətini təmsil edən digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə xidmətlər göstərir. Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.