Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçüncari ilin 11,13, 14 və 15dekabr tarixlərində sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada9 nəfər rəhbər şəxsin və23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Attestasiyada iştirak edənlərin siyahısı əlavə olunur.